VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2022-ci ilin sona çatmasına sayılı günlər qalıb. Bu il dünyada baş verən bir çox hadisələr, fəlakətlər və müharibələrlə yadda qaldı.

BAKU.WS 2022-ci ilin yadda qalan hadisələrini təqdim edir:

Qazaxıstan etirazları: Qazaxıstanın Mangistau vilayətinin Janaozen şəhərində qazın bahalaşmasına qarşı etirazlar keçirildi. Bundan sonra Almatı, Janaozen, Aktau və Mangistau vilayətlərində yanacağın bahalaşmasına qarşı etiraz aksiyaları oldu. Bütün Qazaxıstan ərazisində fövqəladə vəziyyət elan edildi. Qazaxıstan Baş naziri Askar Mamin etirazlar fonunda istefa verdi. Keçmiş Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Qazaxıstanın Təhlükəsizlik Şurası vəzifəsindən kənarlaşdırıldı. KTMT Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayevin xahişi ilə ölkəyə sülhməramlılar göndərdi.

Petropolis sel fəlakəti: Braziliyanın Rio-de-Janeyro ştatının dağlıq ərazisində yerləşən Petropolis şəhərində güclü yağışların səbəbindən torpaq sürüşməsi və daşqınlar baş verdi. Nəticədə 241 nəfər öldü.

Rusiya-Ukrayna böhranı: Rusiya Silahlı Qüvvələri Ukraynada genişmiqyaslı işğala başladı. ABŞ, Aİ və Böyük Britaniya Rusiyanın bir sıra banklarını SWIFT qlobal maliyyə sistemindən kənarlaşdırmaq, habelə Rusiyanın Ukraynanı işğal etməsinə cavab olaraq Rusiya Mərkəzi Bankına qarşı məhdudlaşdırıcı tədbirlər tətbiq etmək barədə razılığa gəldi. UEFA Çempionlar Liqasının finalı Rusiyanın Sankt-Peterburq şəhərindən alınaraq Fransanın paytaxtı Paris şəhərinə verildi.

Rusiyanın Ukraynanı işğal etməsi: Rusiya ordusu Kiyev yaxınlığındakı ərazilərdən geri çəkildikdən sonra Buça şəhərində cəsədlər aşkarlandı. Rusiya ordusunun Buça şəhərində qətliam törətdiyi məlum oldu.

Pakistan Baş nazir: İmran Xan Pakistanın Baş naziri vəzifəsindən kənarlaşdırıldı. Şahbaz Şərif isə Pakistanın Baş naziri seçildi.

Meymunçiçəyi epidemiyası: Böyük Britaniya sakini xəstəliyin endemik olduğu Nigeriyaya səfər etdi və orada olarkən xəstəliyə yoluxdu. Daha sonra həmin Britaniya sakinində meymunçiçəyi xəstəliyinə uyğun simptomlar aşkarlandı.

Nensi Pelosi Tayvanda: Çin ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana mübahisəli səfərinə cavab olaraq Tayvan ətrafında 6 ərazidə genişmiqyaslı təlimlərə başladı.

II Yelizavetanın ölümü: 1952-ci ildən bəri hakimiyyətdə olan Böyük Britaniya kraliçası II Yelizaveta 96 yaşında vəfat etdi. Onun oğlu Uels şahzadəsi Karl Böyük Britaniya kralı və Millətlər Birliyi rəhbəri oldu.

Qırğızıstan-Tacikistan sərhəd toqquşmaları: Qırğızıstan və Tacikistan qoşunları arasında ölkələrinin müvafiq sərhədində ara-sıra baş verən toqquşmalar nəticəsində onlarla insan həlak oldu.

Məhsa Əmininin ölümü: İranda Məhsa Əmininin ölkənin "əxlaq polisi "nin nəzarətində ölməsindən sonra etirazlar başladı.

2022 FIFA Dünya Kuboku: Dünya Çempionatı ilk dəfə qış fəslində Qətərdə baş tutdu.

Əli İsmayıl
BAKU.WS