12,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

“Qərb Rusiyanın iştirakı ilə Ermənistan və Azərbaycan tərəfləri arasında əldə edilmiş razılaşmaları özününküləşdirməyə çalışır”.

BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Sözünün davamında Sergey Lavrov söyləyib ki, hazırda fransızlar, amerikalılar və bütövlükdə Avropa İttifaqı vasitəçilik xidmətləri ilə dəfn etdikləri Minsk qrupunu kompensasiya etməyə çalışırlar.

Onun sözlərinə görə, Rusiya Federasiyası sərhədin delimitasiyasında Ermənistan və Azərbaycana kömək edir, həmçinin İrəvanla Bakı arasında sülh müqaviləsinin razılaşdırılmasına da köməklik göstərəcək.

“Bununla paralel olaraq, digər oyunçuların bu proseslərə müdaxilə etmək üçün bəzi konvulsiv cəhdlərini müşahidə etdik. Biz bununla bağlı heç bir problem yaşamırıq. Paris rəsmi olaraq Rusiya ilə heç bir formatda əməkdaşlıq etməyəcəyini açıqlayıb. Beləliklə, onlar ATƏT-in Minsk qrupunun fəaliyyətinin yekunlaşdığını elan etdilər”, - deyə rusiyalı diplomat fikrini tamamlayıb.

BAKU.WS