13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

Türkiyənin İstanbul şəhərində terror aktı baş verən İstiqlal küçəsində qadağalar tətbiq olunub.

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, bu barədə məlumatı İstanbul valisi Ali Yerlikaya açıqlayıb.

Belə ki, 1400 metr uzunluğa malik sözügedən küçədə stend qurmaq, küçə ticarəti, küçə musiqisi, sosial, mədəni və yaxud kommersiya tədbirlərinin təşkili, stol, stul, lövhə, səyyar tablolar qoymaq, sərgi qurmaq, kollektiv və ya fərdi çıxışlar qadağan olunub.

Qərarın verilməsinə səbəb İstiqlal küçəsində təhlükəsizliyi və eləcə də piyadaların hərəkətinin sürətləndirilməsini təmin etməkdir.

Xatırladaq ki, noyabrın 13-ü İstiqlal küçəsində terror aktı baş verib. Hadisə nəticəsində 6 nəfər həlak olub, daha 81 nəfər isə yaralanıb.

BAKU.WS