SİZİN REKLAM BURADA!
055 213 76 73


"Britaniya azadlıq uğrunda mübarizənin nə demək olduğunu bilir. Biz sona qədər sizinləyik".

BAKU.WS xəbər verir ki, bunu Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşündən sonra tviterdə bildirib.

***17:45

Böyük Britaniyanın yeni Baş naziri Rişi Sunak Ukraynada səfərdədir.

BAKU.WS-in məlumatına görə, bu barədə Prezident Volodimir Zelenski teleqram kanalında paylaşım edib.

"Müharibənin ilk günlərindən etibarən Ukrayna və Böyük Britaniya arasında güclü müttəfiqlik olub. Bugünkü görüşdə biz həm ölkələrimiz, həm də qlobal təhlükəsizlik üçün vacib əhəmiyyət kəsb edən məsələləri müzakirə etdik", - deyə Ukrayna lideri qeyd edib.

BAKU.WS
VİDEO