SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniya Avropa İttifaqının analoji qərarından sonra İranın “Shahed” pilotsuz uçuş aparatlarının istehsalçısına – “Shahed Aviation Industries”ə, eləcə də İranın müdafiə qurumlarının bir sıra yüksək rütbəli rəsmilərinə qarşı sanksiyalar tətbiq edib.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bunu Britaniya hökumətinin saytında cümə axşamı yenilənmiş sanksiyalar siyahısında görmək olar.

Birləşmiş Krallığa girişə qadağa qoyulmasını və aşkar edildiyi təqdirdə aktivlərin dondurulmasını nəzərdə tutan məhdudlaşdırıcı tədbirlər o cümlədən İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-mayor Bageri Məhəmmədə, İran Müdafiə Nazirliyində təchizat, tədqiqat və sənaye xidmətinin rəisi olan briqada generalı Seyid Höcətullah Kureyşiyə, eləcə də İran İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin pilotsuz uçuş aparatları ilə əməliyyatlara cavabdeh olan komandanlığının rəhbəri briqada generalı Səid Ağacaniyə qarşı tətbiq olunacaq.

BAKU.WS