SİZİN REKLAM BURADA!
055 213 76 73


İran İnqilabı Keşikçiləri Qvardiyası (SEPAH) Böyük Britaniyanın Tehrandakı səfirinin müavini Caylz Uitakeri və bir neçə xarici ölkə diplomatını casusluq ittihamı ilə saxlayıb.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, məlumatı “Farsnews” yayıb.

Bildirilib ki, diplomatlar İranın Kerman əyalətində Şahdad çölündə torpaq nümunəsi götürərkən tutulublar. Qvardiyanın kəşfiyyat xidməti hadisənin video-görüntüsünü də yayıb.

“Böyük Britaniya səfirinin müavini ailəsi ilə birlikdə turist kimi Şahdad çölünə səyahət edib. Ancaq videodan məlum olur ki, o, bu ərazidə torpaq nümunəsi toplayıb”, - məlumat qeyd olunub.

Qeyd olunub ki, İrana elmi mübadilə adı altında səfər etmiş polşalı alim Matsyen Valçak da saxlanılıb. O, da turist adı ilə Şahdad çölündə olub.

Diplomatların tutulduqları ərazidə bu yaxınlarda qvardiya raket sınağı keçirib.

Məlumata görə, tutulanlardan biri Avstriyanın Tehrandakı səfirliyinin mədəniyyət məsələləri üzrə müşavirinin xanımıdır. O, İranın Semnan əyalətinin Damqan rayonunun kəndinə səfər edərək oradan torpaq nümunəsi toplayıb.

İran tərəfi bildirib ki, diplomatların və bəhs edilən turistlərin torpaq nümunəsi topladıqları əraziyə icazə əsasında getmək olar.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin nümayəndəsi bildirib ki, diplomatların İranda həbs olunması məlumatı yalandır.

***08:34

İranda Britaniyanın Tehrandakı səfirinin müavini və bir neçə digər diplomat saxlanılıb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə İran İslam İnqilabı Keşikçilər Korpusunun Təhlükəsizlik Xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, saxlanılan diplomatlar casusluqda ittiham olunur.

"Bu diplomatlar casusluq edib, SEPAH-ın RAKET sınaq həyata keçirdiyi qadağan olunmuş ərazidə torpaq nümunləri toplayıblar."

“Reuters“ agentliyi isə xəbər verir ki, saxlanılanlar arasında qadağan olunmuş ərazilərdə torpaq nümunələrinin götürülməsi kimi casusluq hərəkətlərinə görə Tehrandakı Britaniyanın ikinci ən yüksək vəzifəli nümayəndəsi də var.

Saxlanılanların hələ də həbsdə olunub-olunmaması barədə məlumat verilməyib.

“Bu casuslar İnqilab Keşikçiləri Korpusunun aerokosmik raket təlimlərinin keçirildiyi İranın mərkəzi səhrasında torpaq nümunələri götürüblər”, - deyə İran dövlət televiziyası bildirib.

Saxlanılanlar arasında Avstriyanın İrandakı mədəni məsələlər üzrə attaşesinin əri və İranda turist kimi səfərdə olan Polşa vətəndaşı, universitet professoru Maçiek Valzak adlı şəxs də var.

BAKU.WS
VİDEO

QALEREYA