SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur türkiyəli teleaparıcı və iş adamı Acun Ilıcalının 20 milyon dollarlıq meqa yaxtası ortaya çıxıb.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, 47,2 metrlik yaxtanın adı Ilıcalının qızlarının baş hərflərindən ibarətdir və “B.A.L.M.Y.” adlanır.

Yaxtada 8 nəfərlik ekipaj otağı və 5 fərqli qonaq otağı mövcuddur, 10 nəfər qonağı qəbul edə bilir.

20 milyon dollar dəyərində olduğu bildirilən yaxtada iki “Caterpillar C32” dizel mühərriki var. Bu mühərriklərin hər biri 1450 at gücünə malikdir.

Yaxtanın çəkisi 498 tondur və maksimal sürəti 14,5 knot (26,8 kilometr/saat) təşkil edə bilir.

Yaxtanın göyərtəsində dincəlmək və günəş vannası qəbul etmək üçün sahə, spa və hətta kiçik futbol meydançası var.

BAKU.WS
VİDEO

QALEREYA