SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski Türkiyənin Bartın vilayətində kömür mədənində baş verən partlayışla bağlı başsağlığı verib.

BAKU.WS xəbər verir ki, bu barədə ukraynalı lider öz tvitter hesabında türkcə paylaşım edib.

Onun bu hərəkəti türk izləyicilər tərəfindən böyük rəğbətlə qarşılanıb.

"Bartının Amasra bölgəsində mədəndə partlayışın baş verməsi xəbərini dərin kədərlə öyrəndim. Həlak olanların qohumlarına və yaxınlarına başsağlığımı çatdırıram, yaralıların isə tezliklə sağalmasını diləyirəm”, - deyə Zelenski qeyd edib.

BAKU.WS