SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski Yaponiyanın baş naziri Fumio Kisida ilə danışıqlar aparıb.

BAKU.WS xəbər verir ki, bu barədə ölkə başçısı özünün şəxsi tvitter hesabından bildirib.

Onun sözlərinə görə, Yaponiya artıq təsdiqlənmiş 100 milyon dollarlıq yardıma əlavə olaraq daha 100 milyon dollar ayırır.

Dövlət başçısı Tokionun Rusiya Federasiyasına qarşı sərt sanksiyaları tam dəstəklədiyini xatırladaraq göstərdiyi dəstəyə görə Yaponiya hökumətinə təşəkkür edib.

BAKU.WS