SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukraynanın Türkiyədəki səfirliyi bu gün rəsmi Ankaraya çətin zamanda ona dəstək verməklə bağlı çağırış edib.

BAKU.WS “tass.ru”ya istinadən xəbər verir ki, səfirliyin bəyanatında bildirilib:

“Rusiya Federasiyası Ukraynaya qarşı müharibə elan etdi. Dinc Ukrayna şəhərlərini bombalayırlar. Biz strateji tərəfdaşımız Türkiyəni və dost türk xalqını bu çətin vaxtda bizi dəstəkləməyə çağırırıq”.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin ölkə əhalisinə yenidən müraciət edib. Putin müraciətində Ukraynanın Donbas ərazisində xüsusi hərbi əməliyyat keçirməklə bağlı qərar verdiyini açıqlayıb.

Prezidentin sözlərinə görə, mövcud şərait Rusiyadan qəti addım tələb edir: “Ukraynadakı vəziyyətə kənardan müdaxilə olarsa, Rusiya dərhal cavab verəcək. Əminəm ki, rus hərbçiləri öz vəzifələrini peşəkarcasına və cəsarətlə yerinə yetirəcəklər”.

Eyni zamanda Ukraynada hərbi əməliyyatların başlanmasından sonra ilk dəfə olaraq ölkə rəhbəri Volodimir Zelenski xalqa müraciət edib. O, xalqa müraciətində bildirib ki, ölkəsinin bütün təhlükəsizliyi və müdafiə sektoru işlək vəziyyətdədir. V.Zelenski əhalini təmkinli olmağa və təşvişə düşməməyə çağırıb.

Xatırladaq ki, hazırda Kiyev, Odessa, Kramatorsk, Xarkov, Berdyansk və digər şəhərlərdə partlayış səsləri eşidilir.

BAKU.WS
VİDEO