SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qazaxıstandakı təmasları çərçivəsində bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

BAKU.WS trt haber-ə istinadən xəbər verir ki, Prezident Ərdoğan, Qazaxıstan təmaslarının 2-ci günündə Asiyada Əməkdaşlıq və Etimad Tədbirləri Müşavirəsinin 6-cı Zirvə Toplantısında dövlət və hökumət başçıları qarşısında çıxış edəcək və müxtəlif ikitərəfli görüşlər keçirəcək.

Ərdoğan ikitərəfli danışıqlar çərçivəsində əvvəlcə Belarus prezidenti Aleksandr Lukaşenko, daha sonra isə Rusiya prezidenti Vladimir Putinlə görüşəcək.

Prezident Ərdoğanın Putinlə Rusiya-Ukrayna müharibəsindəki son vəziyyəti, Türkiyənin sülh səylərini və taxıl dəhlizini müzakirə edəcəyi gözlənilir.

Bundan əlavə, Suriyadakı hadisələr də müzakirə mövzusu olacaq.

BAKU.WS