SİZİN REKLAM BURADA!
055 213 76 73


Yeni Zelandiya Ukraynadakı vəziyyətlə əlaqədar 51 Rusiya vətəndaşı, 24 məmur və iki Rusiya şirkətini sanksiyalar siyahısına əlavə edib.

BAKU.WS interfaksa-a istinadla xəbər verir ki, “Lukoyl” şirkətinin keçmiş prezidenti və sabiq baş icraçı direktoru Vahid Ələkbərovu sanksiya tətbiq olunan şəxslərin siyahısına salıb.

Məlumata görə, siyahıya V.Ələkbərovla yanaşı “Qazprombank”ın İdarə Heyətinin sədri Andrey Akimov, “Vneşekonombank”ın sədri Sergey Qorkov, “Rosoboroneksport”un baş direktoru Aleksandr Mixeyev, “Novatek”in İdarə Heyətinin sədri Leonid Mixelson, “Norilsk Nikel”in prezidenti Vladimir Potanin və başqaları daxildir.

Yeni Zelandiyanın xarici işlər naziri Nanaya Maxuta qeyd edib ki, sanksiya siyahısında olanlar arasında bu ölkə ilə əlaqələri olan “Evraz Group”un Direktorlar Şurasının rəhbəri Aleksandr Abramov da var. Nazirin sözlərinə görə, A.Abramov və onun ailə üzvlərinə Yeni Zelendiyaya səyahət qadağası qoyulacaq, onların təyyarə və gəmilərinin hava məkanımıza və limanlarımıza daxil olması qadağan ediləcək:

“Sanksiyaların məqsədi günahsız yeni zelandiyalıları cəzalandırmaq deyil, Rusiyaya təzyiq göstərməkdir”.

BAKU.WS