SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin Krım körpüsündə fövqəladə vəziyyətlə bağlı komissiya yaratmağı tapşırıb.

BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Rusiya dövlət başçısının mətbuat katibi Dmitri Peskov bildirib.

Onun sözlərinə görə, Putinin tapşırığı ilə Nəqliyyat və Fövqəladə Hallar Nazirliyinin rəhbərləri hadisə yerinə uçub:

"Baş nazir Mixail Mişustin, baş nazirin müavini Marat Xusnullin, Fövqəladə Hallar və Nəqliyyat nazirliklərinin rəhbərləri Aleksandr Kurenkov və Vitali Savelyev, habelə hüquq-mühafizə orqanlarının rəhbərləri Putinə körpüdə baş verənlər barədə məlumat veriblər. Krım postunun təmirinin vaxtı hələlik məlum deyil", - deyə Peskov əlavə edib.

*** 09:48

Bu gün səhər saatlarında Krım körpüsünün hissələrinin birində yanğın baş verib.

BAKU.WS Rusiya KİV-nə istinadən xəbər verir ki, körpüdəki yanğına yük qatarının yanacaq çəninin alışması səbəb olub.

Rəsmi məlumata görə, körpünün avtomobil hissəsi batıb, dəmir yolu hissəsi isə zədələnib. Krım körpüsündə avtomobillərin hərəkəti dayandırılıb.

Ukraynanın teleqram kanallarında körpüdə baş verən yanğınla bağlı çoxsaylı foto və videolar yayılır. Videoda xüsusilə yol körpüsünün bir hissəsinin sıradan çıxdığını görmək olar. 

Həmin videonu təqdim edirik:

BAKU.WS
VİDEO