SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov Ukraynada həbsdə olan xalq deputatı, RF başçısı Vladimir Putinin qızının “xaç atası” Viktor Medvedçukun dəyişdirilməsinin mümkünlüyündən danışıb.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, Peskov bildirib ki, o, Rusiya vətəndaşı deyil, xarici siyasi xadimdir, onun bunu istədiyini belə dəqiq bilmirlər.

Rusiya Prezidentinin mətbuat katibi Medvedçukun Rusiya ilə pərdəarxası münasibətlərinin olmadığını vurğulayıb və bildirib ki, əgər belə bir şey olsaydı deputat xüsusi əməliyyatlardan öncə Ukraynanı tərk edərdi.

“Medvedçukun Ukrayna ilə Rusiya arasında normal, qarşılıqlı faydalı, tərəfdaşlıq münasibətlərinin qurulmasının tərəfdarı olması yaxşı məlumdur. Onun bu mövqeyi həmişə açıq olub, Medvedçukun Rusiya ilə heç vaxt pərdəarxası münasibətləri olmayıb. Ancaq belə bir şeyi fərz etsək, o zaman Medvedçuk xüsusi hərbi əməliyyat başlamazdan əvvəl Ukrayna ərazisini tərk etməli idi. Ancaq o, bunu etməyib”, - deyə Peskov jurnalistlərə bildirib.

Xatırladaq ki, Ukraynanın “Müxalifət platforması – Həyat uğrunda” partiyasının rəhbəri, Vladimir Putinin qızının “xaç atası” və Rusiya Prezidentinin MDB məkanında ən yaxın adamlarından sayılan Viktor Medvedçuk Ukraynada həbs edilib.

BAKU.WS