SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Prezidenti Volodimir Zelenski həbsdə olan xalq deputatı, Rusiya Federasiyasının başçısı Vladimir Putinin qızının "xaç atası" Viktor Medvedçukla bağlı Rusiya tərəfinə təklif verib.

BAKU.WS UNİAN-a istinadla xəbər verir ki, o bu barədə videomüraciətində bildirib.

"Rusiya Federasiyasına təklif edirəm ki, sizin bu adamınızı Rusiya əsirliyində olan oğlan və qızlarımızla dəyişdirək", - deyə ölkə başçısı bildirib. 

Dövlət başçısı qeyd edib ki, Medvedçuk 50 günə yaxındır, gizlənib və onun məhz Kosmonavtika Günündə (aprelin 12-də) saxlanılması çox simvolikdir.

"O, 48 gün gizləndi və nəhayət, qaçmağa cəhd etmək qərarına gəldi. Bu, “kosmonavt” üçün sözün pis mənasında məşhur “Getdik” şüarı işə yaramadı. Onun hərbi kamuflyajdan istifadə etməsini xüsusilə həyasızlıq hesab edirəm. Bu cür maskalanmağa çalışıb. Belə bir “döyüşçü”... Belə bir “vətənpərvər”, – deyə Zelenski əlavə edib.

BAKU.WS
VİDEO