SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya hərbçiləri Donetsk vilayətinin Krasnı Liman şəhərini tərk ediblər.

BAKU.WS TASS-a istinadən xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, hərbçilər daha sərfəli mövqelər tutacaqlar.

“Mühasirə təhlükəsinin yaradılması ilə əlaqədar olaraq, qoşunlarımız Krasnı Liman yaşayış məntəqəsindən daha sərfəli xətlərə çıxarılıb”, - Konaşenkov qeyd edib.

Ukrayna hərbçiləri Limanla yanaşı, Yampol, Novoselovka, Şandriqolovo, Drobışevo və Stavki yaşayış məntəqələrini də nəzarət altına alıb.

***17:03

Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Liman şəhərində Rusiya qruplaşmasının mühasirəsinin başa çatdığını təsdiqləyib.

BAKU.WS UNİAN informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə şərq qoşunları qrupunun spikeri Sergey Çerevatı bildirib.

O bildirib ki, Ukrayna Silahlı Qüvvələri Liman yaxınlığındakı beş yaşayış məntəqəsini nəzarətə götürüb.

Luqansk hərbi administrasiyasının rəhbəri Sergey Qayday isə deyib ki, Limanda yerləşən rusiyalı hərbçilər öz rəhbərliklərindən getməyi istəsələr də, rədd cavabı alıblar:

“Rusiya Federasiyasının 5 mindən çox hərbçisi mühasirədədir”.

BAKU.WS