SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 240, ümumilikdə isə Rusiyanın 56 300 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 262 tank, 4 807 zirehli döyüş maşını, 1 361 artilleriya sistemi, 327 reaktiv yaylım atəşi sistemi, 170 hava hücumundan müdafiə sistemi, 255 təyyarə, 220 helikopter, 956 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 681 avtomobil texnikası və avtosistern, 126 xüsusi texnikadan ibarətdir.

BAKU.WS