SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada 400, ümumilikdə isə Rusiyanın 55 510 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 236 tank, 4 776 zirehli döyüş maşını, 1 341 artilleriya sistemi, 318 reaktiv yaylım atəşi sistemi, 169 hava hücumundan müdafiə sistemi, 253 təyyarə, 218 helikopter, 941 PUA, 240 qanadlı raket, 15 gəmi, 3 630 avtomobil texnikası və avtosistern, 125 xüsusi texnikadan ibarətdir.

BAKU.WS