SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində son sutkada Rusiyanın 250 ümumilikdə isə 46 500 hərbçisi zərərsizləşdirilib.

Bundan əlavə, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 939 tank, 4 254 zirehli döyüş maşını, 1045 artilleriya sistemi, 274 reaktiv yaylım atəşi sistemi, 148 hava hücumundan müdafiə sistemi, 234 təyyarə, 202 helikopter, 836 PUA, 196 qanadlı raket, 15 gəmi, 3 165 avtomobil texnikası və avtosistern, 99 xüsusi texnikadan ibarətdir.

BAKU.WS