SİZİN REKLAM BURADA!
055 213 76 73


Tacikistanla-Qırğızıstan sərhədində baş verən toqquşmalar zamanı xeyli Qırğızıstan vətəndaşı xəsarət alıb.

BAKU.WS "24.kg" xəbər agentliyinə istinadən xəbər verir ki, bu gün səhər saatlarında səhiyyə müəssisələrinə qəbul edilən zərərçəkənlərin sayı 103 nəfərə çatıb.

Bu barədə Qırğızıstanın Səhiyyə Nazirliyindən bildirilib. Xəsarət alanların xeyli hissəsinin bədənlərində qəlpə və güllə yaraları var.

Məlumat üçün bildirək ki, münaqişəli tərəflər arasındakı qarşıdurma ilk dəfə sentyabrın 14-də baş verib. Hər iki ölkənin sərhədçiləri arasında atışma olub. Tacikistanla-Qırğızıstan arasındakı gərginlik günlər keçdikcə intensivləşməyə başlayıb. Bundan əvvəl isə 24 nəfərin öldüyü, 87 nəfərin isə yaralandığı bildirilib. 

BAKU.WS