SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın son sutkada 300, ümumilikdə isə 52 950 hərbçisi zərərsizləşdirilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 2 168 tank, 4 640 zirehli döyüş maşını, 1 269 artilleriya sistemi, 311 reaktiv yaylım atəşi sistemi, 162 hava hücumundan müdafiə sistemi, 243 təyyarə, 213 helikopter, 903 PUA, 216 qanadlı raket, 15 gəmi, 3 463 avtomobil texnikası və avtosistern, 117 xüsusi texnikadan ibarətdir.

BAKU.WS