SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə dəhşətli zəncirvari yol qəzası olub.

BAKU.WS “haber7.com”a istinadən xəbər verir ki, İstanbulda dörd metrobus toqquşub.

Qəza zamanı metrobusda olan insanlar şüşələri qıraraq çıxmağa çalışıblar. Hadisə zamanı 40-dan çox insanın yaralandığı bildirilir.

Əraziyə təcili yardım maşınları, xilasedicilər və polislər cəlb olunub.

Şəhərin Avcılar bölgəsində baş verən hadisə ilə bağlı açıqlama verən İstanbul valisi Ali Yerlikaya yaralıların yaxın xəstəxanalara çatdırıldıqlarını bildirib.

Hadisənin görüntülərini təqdim edirik:

BAKU.WS
VİDEO

QALEREYA