SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan və Suriya dövlət başçısı Bəşər Əsədin Özbəkistanın paytaxtı Səmərqənddə üçtərəfli görüş keçirə biləcəyini təklif edib.

BAKU.WS xəbər verir ki, bu barədə "Təsnim" agentliyi yazıb.

Məlumata görə, Vladimir Putin hər iki prezidenti Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçıları zirvə toplantısına dəvət edib və tərəflər bunu müsbət qarşılayıb.

Qeyd edək ki, Ukraynadan qayıdan (19 avqust) Rəcəb Tayyib Ərdoğan təyyarədə jurnalistlərin suallarını cavablandırarkən Suriya ilə bağlı da danışıb. “Siyasətdə inciklik olmaz. Siz həmişə sülh içində olacaqsınız. İstənilən vaxt görüşmək imkanınız olacaq. Əsədi məğlub edib-etməmək kimi bir problemimiz yoxdur",-deyə Türkiyə prezidenti vurğulayıb.

BAKU.WS