SİZİN REKLAM BURADA!
055 213 76 73


Böyük Britaniyada polis Suriya lideri Bəşər Əsədin yoldaşı Əsma Əsəd haqqında terror aktlarına təşviq və təhrik iddiası ilə bağlı ilkin istintaqa başlayıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, baş ofisi Londonda yerləşən Beynəlxaq Ədalət Palatasının (Guernica 37) yaydığı açıqlamada Suriyada 10 ildir davam edən daxili müharibədə yüz minlərlə insanın öldürüldüyü, əsassız həbs olunduğu və onlara işgəncə verildiyi bildirilir. Mülki əhaliyə qarşı tətbiq edilən müharibə cinyatlərini nüfuzlu insanların təşviq etdiyi bildirilən açıqlamada həmin şəxslər arasında Ə.Əsədin də adı var. 

“Guernica 37”nin bir müddətdir bu mövzunu araşdırdığı və polisin müharibə cinayətləri qurumuna iki məxfi sənəd təqdim etdiyi bildirilir.

Qeyd edək ki, Ə.Əsəd Böyük Britaniya vətəndaşıdır. Açıqlamada iddialar təsdiqini tapsa onu yalnız vətəndaşlıqdan çıxarılma deyil, eyni zamanda məhkəmə qarşısına çıxarılmasının da önəmi vurğulanıb.

BAKU.WS