SİZİN REKLAM BURADA!
055 213 76 73


Suriya prezidenti Bəşər Əsədin muzdluları Rusiya tərəfində döyüşmək üçün Ukraynaya göndərilib.

BAKU.WS bu barədə "Haber Global"a istinadla xəbər verir.

Əldə edilən məlumata görə, Bəşər Əsədin Rusiyaya göndərdiyi muzdluların Ukraynaya marşrutu da açıqlanıb.

Bildirilir ki, Suriyanı tərk edən muzdlular Ermənistana aparılır və Erebuni aviabazasında toplanılır. Sonra bu əsgərlər Şimali Osetiyanın Mozdok şəhərinə, oradan da Rusiya heyəti ilə birlikdə Ukraynaya göndərilir.

Məlumatda qeyd edilir ki, Rusiya bu muzdlularla Suriyada olduğu kimi Ukraynada da qeyri-sabitlik yaratmağı hədəfləyir.

BAKU.WS