Rusiya XİN: "Ermənistandan cavab gözləyirik"

Rusiya XİN: Ermənistandan cavab gözləyirik
Siyasət 117

"Biz Ermənistana verdiyimiz nota ilə əlaqədar bu ölkədən cavab gözləyirik".

BAKU.WS report-a istinadən bildirir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini İvan Neçayev deyib.

"Bu gün Rusiyanın müvəqqəti işlər vəkili ilə Ermənistan Xarici İşlər Nazirliyinin rəhbərliyi arasında konstruktiv söhbət baş tutub. Biz cavab gözləyirik", - o bildirib.

Xatırladaq ki, Rusiya avqustun 17-də Ermənistana nota verib. Buna səbəb isə “Surmalu” ticarət mərkəzində baş verən partlayışla bağlı Rusiyanın ittiham olunmasıdır.

Oxşar xəbərlər

Rusiya Ermənistana NOTA VERİB

Rusiya Ermənistana NOTA VERİB

Rusiya Ermənistan Xarici İşlər Nazirliyinə nota göndərib. BAKU.WS “report”a istinadən xəbər verir ki, buna səbəb “Surmalu” ticarət mərkəzində baş vermiş partlay...

248 Siyasət 11:40 17 avqust 2022

Son xəbərlər