Rusiyanın Ukraynada itkiləri 40 mini ötdü

Rusiyanın Ukraynada itkiləri 40 mini ötdü
Siyasət 73

Rusiya Silahlı Qüvvələrinin indiyədək Ukraynada itirdiyi canlı qüvvə və hərbi texnikasının sayı açıqlanıb.

BAKU.WS-in məlumatına görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahından bildirilib.

Döyüşlər nəticəsində Rusiyanın 40 070 hərbçisi məhv edilib.

Bundan başqa, Rusiya Silahlı Qüvvələrinin digər döyüş itkiləri 1 738 tank, 3 971 zirehli döyüş maşını, 883 artilleriya sistemi, 258 reaktiv yaylım atəşi sistemi, 117 hava hücumundan müdafiə sistemi, 222 təyyarə, 190 helikopter, 726 PUA, 174 qanadlı raket, 15 gəmi, 2 847 avtomobil texnikası və avtosistern, 75 xüsusi texnikadan ibarətdir.

Oxşar xəbərlər

Son xəbərlər