SİZİN REKLAM BURADA!
055 213 76 73


Hind aktyoru Mithun Çakraborti bir vaxtlar “Disko rəqqası” filminə görə bütün dünyada şöhrət tapıb. Onun pərəstişkarlarının ordusu on milyonlarla insandan ibarətdir.

BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, aktyor 370-dən çox filmdə rol alıb və 269 baş rolun ifaçısı kimi “Ginnesin Rekordlar Kitabı”na düşüb.

Müəyyən bir zamanda o, siyasətə və biznesə nüfuz edib, lakin bu yaxınlarda karyerasını davam etdirmək qərarına gəlib.

M. Çakraborti hazırda Benqaliyanın Kəlküttə şəhərində çəkilən “Projapoti” ailə dramı üzərində işləyir. O, bu bölgədə doğulub boya-başa çatıb.

Aktyor qeyd edib ki, bundan əvvəl ssenarisi ona təklif olunan, demək olar ki, hər filmdə rol alıb. Amma onun karyerasında hələ də xatırlamaq istəmədiyi məqamlar olub.

“Adətən mən bu haqda çox danışmıram və konkret hansısa mərhələni də qeyd etmək istəmirəm. Gəlin o çətin günlərdən danışmayaq, çünki bu, sənətkar olmaq istəyənləri ruhdan sala bilər. Hər kəs çətinliklərdən keçir. Bəzən məqsədlərimə çata bilməyəcəyimi düşünürdüm, hətta intihar haqqında da fikirləşirdim”, - deyə əfsanəvi aktyor etiraf edib.

O, inadkar xasiyyətinin onu xilas etdiyini qeyd edib.

BAKU.WS