SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə ordusunun hərbçisi İraqın şimalında keçirilən "Pençe-Kilit” əməliyyatı zonasında terrorçularla atışmada həlak olub.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, atışma zamanı yaralanan hərbçi xəstəxanaya aparılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.

Milli Müdafiə Nazirliyi hərbçinin ölümü ilə bağlı başsağlığı verib.

BAKU.WS