VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında PKK terror təşkilatına qarşı keçirdiyi “Pençe-Şimşek” kontr-terror əməliyyatı zamanı türk hərbçi şəhid olub.

BAKU.WS “haberturk”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilir ki, hərbçi Hakan Bali “Pençe-Şimşek” kontr-terror əməliyyatının keçirildiyi zonada ağır yaralanıb. O, xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumatlara görə, Türkiyə Silahlı Qüvvələrinin cavab atəşi ilə qruplaşmanın üç yaraqlısı zərərsizləşdirilib.

Qeyd edək ki, şəhid olan Hakan Bali bir neçə gün əvvəl nişanlanıbmış.

BAKU.WS
QALEREYA