SİZİN REKLAM BURADA!
055 213 76 73


Anqolanın sabiq Prezidenti Joze Eduardu duş Santuş 80 yaşında dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

Sabiq prezident İspaniyada vəfat edib.

Qeyd edək ki, 1979-cu ildə Anqolanın ilk prezidenti Aqostinyo Netonun vəfatından sonra bu vəzifəyə seçilən Jose Eduardu 2017-ci ilədək 38 il Anqola Prezidenti vəzifəsini icra edib. Ölkənin ikinci prezidenti 1992-ci və 2001-ci illərdə keçirilən seçkilərdə də qalib gəlib. Sonuncu seçkilərdən sonra bir daha namizədliyini irəli sürməyib.

O, 1963-1969-cu illərdə indiki Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) təhsil alıb.

BAKU.WS