SİZİN REKLAM BURADA!
055 213 76 73


Anqolanın sabiq prezidenti Joze Eduardu duş Santuşun qızı İzabel duş Santuşun bütün bank hesabları dondurulub.

BAKU.WS "Radio Televisao"ya istinadən xəbər verir ki, bu barədə Portuqaliya Məhkəməsi qərar çıxarıb.

Afrikanın ən varlı qadını sayılan İzabel duş Santuş Anqolanın dövlət əmlakını mənimsəməkdə ittiham olunub.

Onun bank hesablarının dondurulması barədə Portuqaliya və Anqola hakimiyyəti birgə qərar qəbul edib.

Məlumata görə, İzabel duş Santuşun “EuroBic” və “Millenium BCP” banklarındakı 1 milyarddan çox vəsaitinə həbs qoyulub.

BAKU.WS
QALEREYA