Kruiz gəmisində kütləvi dava düşdü - VİDEO

“Carnival Cruise Lines” kruiz gəmisində kütləvi dava baş verib.
BAKU.WS "oxu.az"a istinadən xəbər verir ki, insidentdə ən azı 60 nəfərin iştirak etdiyi bildirilib.
Hər şey iki sərnişin arasındakı əlbəyaxa davayla başlayıb. Ətrafdakılar oları ayırmağa çalışsalar da, əksinə davanın böyüməsinə səbəb olublar.
Hadisə şahidlərinin sözlərinə görə, dava təxminən bir saat davam edib. Bu müddət ərzində onun iştirakçıları beşinci mərtəbədən birinci mərtəbəyədək irəliləyiblər. Laynerin təhlükəsizlik xidməti hadisə ilə bağlı ABŞ Sahil Mühafizəsini xəbərdar etməli olub.
Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Oxşar xəbərlər
ABŞ-da Azərbaycanın Müstəqillik Günü qeyd olunub - FOTO
Vaşinqtonda Azərbaycan Respublikasının Müstəqillik Günü, Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü və Azərbaycan-ABŞ diplomatik münasibətlərinin yaranma...
