SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna, Rusiya və Türkiyə taxıl daşıyan Ukrayna gəmilərinin Odessadan çıxmasının ilkin sxemi barədə razılığa gəliblər.

BAKU.WS "Oxu.Az"a istinadən xəbər verir ki, bu barədə “İzvestiya”ya yüksək vəzifəli mənbə bildirib.

Ukraynanın ərazi sularında Türkiyə hərbçiləri minalardan təmizləmə ilə məşğul olacaqlar, onlar həmçinin gəmiləri neytral sulara qədər müşayiət edəcəklər. Orada gəmilər Rusiya gəmilərini qarşılayaraq onları Boğaza qədər müşayiət edəcək.

Hələlik sxem yalnız Odessa üçün razılaşdırılıb. Türkiyə parlamenti izah edib ki, Ankara bu əməliyyatda iştirak edir, çünki onun üçün dünya ərzaq problemini həll etmək vacibdir.

Məlumata görə, akvatoriyanın razılaşdırılmış hissəsindən minaları təmizləmək və “taxıl dəhlizi” yaratmaq üçün Ukrayna Türkiyə gəmilərinin öz ərazi sularına buraxılmasına razılaşıb.

“Türkiyə hərbçiləri Odessa ərazisində sahil zolağının minalardan təmizlənməsi ilə məşğul olacaqlar. Gəmilər Türkiyə gəmilərinin müşayiəti ilə limandan Qara dənizin neytral sularına, müəyyən edilmiş koordinata doğru yola düşür. Sonra Bosfora qədər, Qara dənizdən təhlükəsiz keçmələrini təmin etmək və təxribatın qarşısını almaq üçün Rusiya hərbi gəmiləri tərəfindən müşayiət olunacaqlar. Belə bir sxem Türkiyə və Ukrayna ilə razılaşdırılıb, gəmilərin marşrutunu dəqiqləşdirmək qalır”, - deyə mənbə vurğulayıb.

Qeyd olunur ki, “yol xəritəsi” iyunun 8-9-da təsdiq olunacaq. Danışıqlarda BMT nümayəndələri də iştirak edəcəklər. Bu təşəbbüs çərçivəsində 20 milyon ton taxılın dünya bazarlarına çıxarılması nəzərdə tutulur. 

BAKU.WS