Rusiyanın hava hücumundan müdafiə sistemləri Dnepropetrovsk vilayətinin Novoqriqorovka yaşayış məntəqəsi ərazisində Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus “Su-25” təyyarəsini vurub.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.

Qeyd edilib ki, Ukraynaya məxsus 4 pilotsuz uçuş aparatı Xarkov vilayətinin Malye Proxodı, Dnepropetrovsk vilayətinin Mirolyubovka və "DXR"-in Nijnyaya Krınka yaşayış məntəqələri ərazilərində məhv edilib.

İqor Konaşenkov Rusiya Hava Kosmik Qüvvələrinin yüksək dəqiqlikli uzaqmənzilli raketləri ilə Dnepropetrovsk vilayətinin Krivoy Roq şəhərindəki müəssisələrdən birinin anbar ərazisində Ukrayna Silahlı Qüvvələrinin böyük silah-sursat arsenalının məhv edildiyini də söyləyib.

BAKU.WS