SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan telefon danışığı zamanı İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması məsələlərini müzakirə ediblər.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

"2020-ci ilin 9 noyabr, 11 yanvar və 26 noyabr 2021-ci il tarixli yüksək səviyyəli üçtərəfli sazişlərin icra vəziyyəti nəzərdən keçirilib. Onların hərtərəfli icrasına dair öhdəliklər, xüsusən də Cənubi Qafqaz, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və İrəvanla Bakı arasında münasibətlərin normallaşdırılması nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınması üçün layihə fəaliyyətlərinin başlanması baxımından təsdiq edilib”, - Rusiya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.

BAKU.WS