VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə universitet tələbələrini daşıyan avtobus Niğdə vilayətində, Adana-Niğdə şosesinin Güney kəndi ərazisində aşıb. Mayın 22-də Türkiyə vaxtı ilə saat 4 radələrində qəza törədən avtobus Adana-Konya marşrutu üzrə hərəkət edirmiş.

BAKU.WS “TRT Haber” telekanalına istinadla xəbər verir ki, nəticədə iki nəfər həyatını itirib, beşi ağır olmaqla 42 nəfər yaralanıb.

Hadisə yerinə polis, xilasedici və tibbi yardım briqadaları cəlb olunub. Yaralılar Niğdə, Bor, Ərəğli və Uluqışla xəstəxanalarına çatdırılıblar.

BAKU.WS