Etirazları dağıtmaq üçün Tehrana xüsusi təyinatlı qüvvələr yeridilir - VİDEO

20
may
2022
23:53
İranın əksər şəhərlərində kəskin bahalaşma və ağır iqtisadi duruma qarşı keçirilən etirazlara İran rejimi zorakılıqla cavab verməyə davam edir.
BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verib.
Bu dəfə Tehranda baş verə biləcək mümkün etiraz dalğasını yatıra bilmək üçün rejim şəhərə polisin xüsusi təyinatlı qüvvələrini yeridir.
Qeyd etmək lazımdır ki, İran rejimi xalqın haqlı tələblərini yerinə yetirmək və problemləri aradan qaldırmaq əvəzinə, hər bir etiraza sivil xalqı gülləbaran etməklə cavab verir.
Oxşar xəbərlər
İranın bəşəriyyətə qarşı növbəti cinayəti: Ərdəbilli fəallar dərhal azad edilməlidir! - FOTO
Ötən il sentyabrın 27-də başlanan və 44 gün davam edən müharibədə Azərbaycan Ordusuna dəstək və İranın Ermənistana yardımlarına etiraz məqsədilə Ərdəbil şəhərin...
