SİZİN REKLAM BURADA!
055 213 76 73


Rumıniya hakimiyyəti ölkənin Kiyevdəki səfirliyini yenidən açmaq qərarına gəlib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Rumıniyanın xarici işlər naziri Boqdan Auresku bildirib.

"Səfirliyin fəaliyyəti lazımi texniki hazırlıqlar və təhlükəsizlik tədbirləri tamamlandıqdan sonra ən qısa zamanda bərpa olunacaq", - nazir qeyd edib.

Ukrayna Xarici İşlər Nazirliyi xəbər verir ki, indiyədək Kiyevdə 17 diplomatik nümayəndəlik öz işini bərpa edib.

BAKU.WS