SİZİN REKLAM BURADA!
055 213 76 73


“Bu gün Kiyevdə səhər saat 5 radələrində partlayış səsinə oyandıq. Hazırda havada Ukraynanın hərbi təyyarələri uçur”.

Bu sözləri Kiyevdə yaşayan azərbaycanlı tələbə Səttarova Möminə Xatun BAKU.WS-ə bildirib. O bildirib ki, hazırda şəhərdə gərginlik yaşanır.

“Küçələrdən hərbi avtomobillər keçir. Mağazalarda gündəlik tələbat üçün lazım olan ərzaqların qıtlığı müşahidə olunur”, - deyə Möminə Xatun bildirib.

Həmyerlimizin sözlərinə görə, hazırda Ukraynada azərbaycanlı tələbələr çoxdur:
“Kiyevdə Azərbaycan vətəndaşları, tələbələr təhlükəsiz yerlərə, evlərə sığınmışıq. Burada çox sayda azərbaycanlı tələbələr var”.

BAKU.WS
VİDEO

QALEREYA