SİZİN REKLAM BURADA!
055 213 76 73


Moldova səfirliyi Lvovda bir neçə həftə qaldıqdan sonra Ukraynanın paytaxtında fəaliyyətini bərpa edir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Ukrayna mətbuatı məlumat yayıb.

"2022-ci il aprelin 15-dən Moldova Respublikasının Ukraynadakı səfirliyi Kiyevdəki fəaliyyətini tam şəkildə bərpa edəcək", - məlumatda deyilir.

Diplomatik nümayəndəliyin əsas şəxsi heyəti Lvovdan paytaxta qayıdacaq. Eyni zamanda konsulluq şöbəsi müvəqqəti olaraq Çernivtsidə yerləşirdi. Moldovanın Odessadakı konsulluğu adi qaydada işini davam etdirir.

Xatırladaq ki, moldovalı diplomatlar martın 14-də Kiyevi tərk etməyə məcbur olublar.

BAKU.WS