SİZİN REKLAM BURADA!
055 213 76 73


Mariupol şəhərində daha 134 ukraynalı hərbçi təslim olub.

BAKU.WS TASS informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, təslim olanlardan 14-ü zabitdir. 

"Mariupolun azad edilməsi əməliyyatı zamanı daha 134 ukraynalı hərbçi könüllü olaraq silahlarını yerə qoyaraq bir gecədə təslim olub. Cəmi bir gündə 36-cı dəniz piyada briqadasının 1160 ukraynalı hərbçisi könüllü təslim olub. Onların arasında 176 zabit var", - deyə Konaşenkov bildirib.

O həmçinin bildirib ki, bir gün əvvəl eyni briqadanın 162-si zabit və 47-si qadın olmaqla 1026 ukraynalı əsgəri könüllü olaraq təslim olub. 

BAKU.WS