SİZİN REKLAM BURADA!
055 213 76 73


İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian kütləvi informasiya vasitələrində İranın guya Rusiyaya silah göndərməsi ilə bağlı yayılan xəbərləri təkzib edib.

BAKU.WS "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə Ukraynanın xarici işlər naziri Dmitri Kuleba məlumat verib.

“Mən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiana zəng etdim. İran Rusiyanın Ukrayna ilə müharibəsinə qarşıdır, diplomatik qərarları dəstəkləyir”, - Ukraynanın xarici işlər naziri qeyd edib.

“Xarici işlər naziri Abdullahiana İran şirkətlərinin köməyi ilə Rusiyaya silah tədarükü ilə bağlı iddiaları təkzib etdiyinə, eləcə də Ukraynaya göndərilən həkimlərdən ibarət heyətə görə minnətdaram” – Ukraynanın xarici işlər naziri Dmitri Kuleba fikrini tamamlayıb.

BAKU.WS