SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya aviasiyası son sutka ərzində Ukraynada 97 hərbi obyekti məhv edib.

BAKU.WS-in APA-ya istinadla məlumatına görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov bildirib.

Onun sözlərinə görə, ötən gecə Rusiya aviasiyası tərəfindən Kiyev yaxınlığında Ukraynanın iki ədəd “Toçka-U” taktiki raket kompleksi də məhv edilib: “Rusiyanın Ka-52 və Mi-28N helikopterləri gecə hücumları zamanı Ukrayna silahlı qüvvələrinin səkkiz tankını, beş piyada döyüş maşını və zirehli transportyorunu məhv edib. Ukraynada xüsusi əməliyyat başlayandan bu günə kimi 184 təyyarə və helikopter, 246 PUA və 189 hava hücumundan müdafiə sistemi məhv edilib.

Rusiya hava hücumundan müdafiə sistemləri son sutka ərzində Ukraynaya məxsus Su-24 və 16 pilotsuz uçuş aparatını, o cümlədən Rojin, Kapraşov və Maksim Qorki yaşayış məntəqələrində üç “Bayraktar TB-2”-ni vurub”.

İqor Konaşenkov onu da bildirib ki, Rusiya hərbçiləri Ukraynanın Rovno şəhərinin şimal-qərbindəki böyük bir arsenalı dəqiq idarə olunan dəniz əsaslı silahlarla məhv edib: "Martın 22-də axşam saatlarında dənizdən yüksək dəqiqlikli uzaqmənzilli silahlar Rovne şəhərindən 14 kilometr şimal-qərbdə yerləşən Orjev yaşayış məntəqəsindəki arsenala zərbə endirib. Zərbə nəticəsində Ukrayna qoşunlarının silah və hərbi texnika arsenalı, o cümlədən Qərb ölkələrindən alınan silah və texnikası məhv edilib”.

BAKU.WS