SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus dörd təyyarə, üç helikopteri və bir pilotsuz uçan aparatı məhv edib.

BAKU.WS “unian.net”ə istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin komandanlığı məlumat yayıb.

“Martın 13-də döyüşlər zamanı Ukrayna dövlət hava müdafiəsi rusların dörd təyyarəsini vurub. Eyni zamanda havadan müdafiə qüvvələrimiz düşmənin 3 helikopterini və bir pilotsuz uçan aparatını məhv edib”, - deyə məlumatda bildirilib.

Verilən məlumata görə, Kiyev vilayətində “Su-35”, “Su-34” və “Su-25” rus təyyarəsi ukraynalı müdafiəçilərin müdafiə istehkamlarına raket və bombalı hücumlar etməyə cəhd edib. Hücumun qarşısı alınıb və təyyarələr vurulub.

Bundan əlavə, Ukraynanın zenit-raket qüvvələrinin rusların üç helikopteri və bir pilotsuz uçan aparatını məğlub etməsi barədə məlumat verilib.

BAKU.WS