SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Yunanıstanın baş naziri Kiryakos Miçotakisi qəbul edəcək.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, qəbul zamanı ikitərəfli münasibətlər və regional məsələlər müzakirə olunacaq.

Rəsmi Ankara bildirir ki, bu gün baş tutacaq görüşdə ikitərəfli münasibətlərlə bağlı məsələlərin, eləcə də cari geosiyasi hadisələrin, regional və beynəlxalq məsələlərin, o cümlədən Rusiya-Ukrayna müharibəsinin qiymətləndirilməsi nəzərdə tutulur.

BAKU.WS