SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiya Silahlı Qüvvələrinin Ukraynada itirdiyi qüvvələrin sayı açıqlanıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Məlumatda bildirilib ki, indiyədək 12 000-dən çox rus hərbçi zərərsizləşdirilib.

Rusiya ordusunun 58 təyyarə, 83 helikopter, 362 tank, 1205 zirehli döyüş maşını, 135 artilleriya qurğusu, 33 hava hücumundan müdafiə sistemi, 56 reaktiv yaylım atəş sistemi, 60 yanacaq sisterni, 7 PUA, 3 qayıq, 585 avtomobil texnikası məhv edilib.

BAKU.WS