SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Xarkov vilayətindəki Derqaçi şəhərini azad edib və əraziyə tam nəzarət edir.

BAKU.WS UNİAN-a istinadən xəbər verir ki, bunu Xarkov vilayəti hərbi administrasiyasının sədri Oleq Sinequbov deyib.

"Orada uzun müddətdir ki, aktiv döyüşlər gedir. Rusiya hərbçiləri şəhəri mühasirəyə almağa cəhd edib. Lakin hərbçilərimiz onları həmləsini dəf edərək, əks-hücum əməliyyatına başlayıb", - Sinequbov qeyd edib.

Onun sözlərinə görə, Rusiya tərəfinin itkiləri arasında 2 tank və 2 zirehli texnika da var.

Ukrayna ordusu heç bir itki verməyib.

BAKU.WS