SİZİN REKLAM BURADA!
055 213 76 73


Ukrayna Silahlı Qüvvələri Qostomel şəhərini Rusiya hərbçilərindən geri alıb.

BAKU.WS xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi feysbukda məlumat yayıb.

Qeyd edilir ki, döyüşlər zamanı Rusiyanın onlarla hərbçisi öldürülüb.

Məlumata görə, Qostomel uğrunda iki gün davam edən döyüşlər zamanı Ulyanovskdan (Rusiya) 31-ci xüsusi mühafizəçilər briqadasının 50-dən çox hərbçisi həlak olub. Bundan əlavə, Ukrayna hərbçiləri çoxsaylı hərbi qənimətlər, o cümlədən silah, texnika və qarşı tərəfin şəxsi sənədlərini ələ keçirib.

"Qostomel şəhəri Ukrayna qoşunlarının nəzarəti altındadır", - deyə Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi əlavə edib.

BAKU.WS
QALEREYA