SİZİN REKLAM BURADA!
055 213 76 73


Xarkovda Ukraynanın 14-cü Knyazovsk briqadasının hərbçiləri sutka ərzində Rusiya qoşunlarının iki bölüyünü məhv edib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, Ukrayna hərbçiləri həmçinin Rusiya hərbçilərinin olduğu avtobusu ələ keçirib.

Qeyd edilir ki, Rusiya Silahlı Qüvvələri 29 təyyarə, 29 helikopter, 198 tank, 846 zirehli döyüş maşını, 7 ədəd hava hücumundan müdafiə sistemləri, 3 ədəd İHA, 60 gəmi, 2 ədəd kater itirib.

Xatırladaq ki, daha əvvəl Ukrayna Silahlı Qüvvələri Berdyansk aerodromunda “Toçka-U”nu vuraraq qarşı tərəfin texnikasını məhv edib.

BAKU.WS